Главная » 2010 » Август » 6 » QARADAĞ RAYONUNDA SÜRƏT QATARLARI YIĞILACAQ
23:44
QARADAĞ RAYONUNDA SÜRƏT QATARLARI YIĞILACAQ


Azərbaycan yaxın illərdə sürətli qatarların istehsalına hazırlaşır.
Onlar "İmprotex" qrupunun yeni zavodunun bazasında Qaradağ rayonunda yığılacaq. Zavodun tikintisinə bu il başlanılacaq. Layihəni "İmprotex İndustries" MMC həyata keçirəcək. 

İlk mərhələdə zavodda Fransanın "Lohr” nəqliyyat şirkəti avtovozları üçün qoşqu və yarımqoşqu istehsal olunacaq. İki il sonra ordu avtotexnikası, sonra isə sürətli lokomotivlər buraxılacaq. 

Qeyd edək ki, "Lohr Industrie” şirkətlər qrupu 1963-cü ildə yaradılıb. Yük və sərnişin daşınması üçün nəqliyyat vasitələri istehsal edir. Baş ofisi Fransanın Elzas şəhərindədir. "Lohr” avtovozlarının 3 əsas modeli var - "EuroLohr”, "MultiLohr” və "MaxiLohr”. Şirkət həmçinin ordu texnikası - zirehli avtomobillər, polis maşını, tankdaşıyan qoşqular düzəldir. 1980-ci illərdə "Lohr Industrie" daha iki istiqamət yaradıb. "Translohr" monorelsdə gedən yeni nəsil tramvay, "Modalohr" isə dəmiryol platformaları ilə məşhurdur.





Источник: Xezerxeber.com

Категория: Карадаг | Просмотров: 1173 | Добавил: Xaliq | Теги: QARADAĞ, RAYONU | Рейтинг: 4.5/2
Всего комментариев: 0
avatar
More info
contact
Email: vip@epage.ru Email: admin@windsoft.ru
A.Khalig

Google Maps Карта Локбатана