Главная » 2013»Июль»9 » Qaradağ rayonunda Möhtəşəm lahiyə KHAZAR ISLANDS
20:53
Qaradağ rayonunda Möhtəşəm lahiyə KHAZAR ISLANDS
Xəzərdə 30 milyard manatlıq şəhər salınır
Xəzər dənizində misli görünməmiş şəhər salınır. 2010-cu ilin
sonlarından icrasına başlanılan "Khazar İslands” (Xəzər adaları) adlı
layihəsinin birinci mərhələsi yekunlaşmaq üzrədir. Layihəyə əsasən 40
süni adanın salınması nəzərdə tutulub.
Bakı şəhərindən 28 km
məsafədə, Sahil qəsəbəsinin şimal-şərq hissəsində yerləşən ada şəhərə
yol çəkilib, yolun ətrafına bahalı, hündür palma ağacları əkilib.
Tikinti
işləri "Avesta” Konserni tərəfindən aparılır. Burada beynəlxalq
standartlara cavab verəcək yaşayış binaları, ofislər, ticarət-əyləncə
mərkəzləri, bir sözlə, insanın ehtiyacını təmin edəcək bütün şəraitlər
təklif olunur. Qeyri-adi memarlıq üslubu, ekoloji təmiz, yaşıl bulvarlar
və ən son texnologiyalarla təmin olunmuş yaşayış və qeyri-yaşayış
sahələri şəhərin fərqliliyini hiss etdirir.
Tikintinin ərazisi 2
min hektarı əhatə edir. "Baş” adadan, iki paralel xətlə uzanan
tikililərdən, onların boyunca çoxmərtəbəli binalar ucaldılmış kiçik
adalardan və villalar üçün ayrıca adalardan ibarətdir. Kompleksin
tikililəri və adaları körpülərlə birləşdiriləcək.
Hazırda 11 göydələndə və bir neçə sosial obyektlərdə tikinti işləri intensiv şəkildə davam etməkdədir.
Tikintinin birinci mərhələsinin başa çatması 2013-cü ilin sonuna planlaşdırılır.
Layihənin rəhbəri AVESTA konsernində satış müdiri vəzifəsində çalışır.
Bakı
şəhərində doğulan Yelena Sidorenko Mədəniyyət və İncəsənət
Universitetində təhsil alıb. 2002-ci ildə bu ali məktəbi magistr
pilləsində bitirib. 2004-2008-ci illərdə ANS TV-də aparıcı olub. Buradan
getdikdən sonra 2010-cu ilin mayına qədər AF Holdinqdə kommersiya üzrə
vitse-prezident vəzifəsində çalışıb.
Qeyd edək ki, AVESTA
konserninin prezidenti Hacı İbrahim Nehrəmlidi. Konsern 1996-cı ildən
fəaliyyət göstərir. Konsernin tərkibinə "Azər-Ross” MTK, "Günel LTD”MMC,
"Həsən -96” MTK, "Hüseyn -94” Kiçik müəssisəsi, "İlkan”MMC,
"Azər-Ross İk ”MMC və "SHIG INVESTMENT LTD” daxildir.
İ.Nehrəmli
mətbuata açıqlamasında bildirib ki, "Khazar İslands” layihəsinin
dəyəri 30 milyard manatdı. 2013-cü ildə şəhərdə 6 min insan yaşayacaq.
İtalya mətbuatının yazdığına görə, dünyanın 8-ci möcüzəsi Azərbaycanda
tikilir.