Главная » 2012 » Март » 20 » Novruz Bayramı
23:26
Novruz Bayramı


Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir. Novruzun süfrəsi də fərqlidir. Belə ki, istər süfrədə, çərşənbələrdə, istərsə də Novruz axşamında milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.

Novruz axşamı axır çərşənbədə olduğu kimi niyyət edib qulaq falına çıxırlar. Eşidilən ilk söz niyyətin baş tutub-tutmayacağını aşkar edir. Bu qədim adət illərin sınağından çıxaraq özünü doğruldub. Papaqatma da Novruzun qədim adətlərindədir. Ev yiyəsi papağa bayram şirnilərindən yığaraq onu qapıya qoyur. Papağın yiyəsi öz sovqatını götürüb gedir.

Çox erkən yaranan mərasimlər içində Novruz bayramı günlərində göstərilən tamaşa və oyunlar xüsusi yer tutur. Kiçik çillədən başlayaraq bu tamaşalara hazırlaşırlar. Cavanların özlərini göstərdiyi cıdır tamaşaları at çapma ilə başlar, sonra at oynatmaya keçərdi. Tamaşaya yığışanlar cavanlara uğur arzulayıb müxtəlif nəğmələr oxuyardılar. Atoynatmadan sonra ox atanlar meydanda görünürdü. Onların arasında qızlar da olurdu. Amma oğlan paltarı geyindiklərindən qız olduqları bilinmirdi.


"Qılınc oynatma", "kəmər atma" , "kəndirbaz", "qoç döyüşdürmə" tamaşaları indi də bəzi bölgələrdə hazırlanar. Novruz günlərində tamaşalardan başqa "Qurd oyunu", "Aşıq oyunu", "Dirə döymə" kimi oyunlar da təşkil edilirdi.

Novruz bayramını kosasız təsəvvür etmək mümkün deyil. Sevindirici haldır ki, kosa oyunu hər bayram xatırlanır, rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə çevrilmiş kürk geyindirərək, üzünə kağızdan qayrılmış üzlük (maska) taxıb, başına da kəllə qənd kağızından uzun şiş papaq qoyardılar. Belinə zəncirovlu bir kəmər bağlanardı. Boynuna da zınqırovlar asardılar. Bu şəkildə hazırlanan kosanı məhəllə uşaqları araya alıb, həyətləri gəzdirərək bir hava ilə xor halında xüsusi bir nəğmə oxuyar, kosa isə oynayardı: Kosanın xurcununa bayram sovqatı qoyardılar. Kosanı adətən keçəl müşayiət edərdi. Beləcə əsrlərin yaşıdı olan Novruz bayramı adət-ənənələrlə zəngindir. Bu adət-ənənələri xalqımız unutmur və hər il qeyd edir. Ağsaqqallarımız, nənə-babalarımız öz bildiklərini danışdıqca yeni-yeni məlumatlar əldə edirik.


Novruz Bayrami münasibəti ilə ürəkdən təbrik edirik

Qoy bu Novruz hamımız üçün düşərli, bərəkətli, sevincli olsun !!!

Категория: Разное | Просмотров: 3817 | Добавил: ELSavi | Рейтинг: 4.0/3
Всего комментариев: 1
avatar
1 Xaliq • 12:36, 20/03/11
Məndə bütün LökBatanlıların timsalında Azərbyacan xalqının Novruz bayramını təbrik edirəm.
avatar
More info
contact
Email: vip@epage.ru Email: admin@windsoft.ru
A.Khalig

Google Maps Карта Локбатана