Главная » 2012 » Май » 18 » Milli Qəhramanlarımız Niftəiyev Cəmil Səmədxan oğlu
15:45
Milli Qəhramanlarımız Niftəiyev Cəmil Səmədxan oğlu



5 oktyabr 1968-ci ildə  Yardımlı rayonunun Şəfəqli kəndində dünyaya göz açmışdır.  1975-ci ildə ailəvi Bakı şəhərinin Lökbatan qəsəbəsinə  köçmüşlər. Orta təhsilini Qaradağ rayonunun 233 saylı Lökbatan qəsəbə   orta məktəbində almışdır. O, 1986-cı il oktyabrın 11-də hərbi xidmətə çağırılmışdır. Özbəkistanda dörd ay snayperlik kursunda hazırlıq keçdikdən  sonra Əfqanıstana  göndərilmişdir. Atıcı batalyonunda xidmət edirdi. Müharibənin nə qədər ağır, dözülməz və çətin olduğunu burada başa düşdü. Lakin bu barədə evlərinə bir kəlmə də olsun yazmırdı. Ağır döyüş əməliyyatlarının birində yaralandı. Bir neçə ay hospitalda müalicə olunduqdan sonra, yenidən hərbi hissəyə qayıtdı. Xidmət zamanı göstərdiyi şücaətlərə görə bir neçə dəfə medallarla, fəxri fərmanlarla  təltif edildi. 27 oktyabr 1989-cu ildə ordudan tərxis olundu. Cəmil Vətənə dönərək DİN-nin Səbail rayon Yanğından Mühafizə  İdarəsində işləməyə başladı.

Həmin vaxtlar erməni təcavüzü yenicə başlamışdı. Bir peşəkar hərbçi kimi Cəmil Vətənin onun kimi oğullara ehtiyacı olduğunu bilərək, rəhbərliyə raportla müraciət edir. O, 10 mart 1992-ci ildə torpaqlarımızı erməni işğalçılarından müdafiə etmək üçün silah götürür. Cəbhədə ezamiyyət müddəti bitəndən sonra yenidən komandanlığa müraciət edərək döyüş bölgəsində qalmağa razılıq alır. O, Ağdam döyüş bölgəsində vuruşur. Bir çox əməliyyatlarda mərdliklə vuruşan cəsur döyüşçü 1992-ci il mart ayının  29-da Ağdamın Şelli kəndində  gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı   fərmanı ilə Cəmil Səmədxan oğlu  Niftəliyevə  ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Bakı şəhər Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vaxtilə oxuduğu  233 saylı orta  məktəb və Yanğından  Mühafizə  İdarəsinin  yanğınsöndürən  gəmisi  onun  adını daşıyır.


Категория: Пос. Локбатан | Просмотров: 1017 | Добавил: Xaliq | Теги: national hero, Lokbatan | Рейтинг: 4.0/1
Всего комментариев: 1
avatar
1 Xaliq • 15:46, 18/05/12
Allah Cəmil qardaşımıza Rəhmət eləsin.
avatar
More info
contact
Email: vip@epage.ru Email: admin@windsoft.ru
A.Khalig

Google Maps Карта Локбатана