18:11 Lökbatanda Yüksək nəticə göstərən məzunlar mükafatlandırıldılar | |
12 sentyabr 2013-cü il tarixində Qaradağ
rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində 2012-2013-cü
tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal
toplamış məzunların mükafatlandırma mərasimi keçirildi. Tədbirdə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Ağalar Vəliyev,
məktəb direktorları, qabaqcıl müəllimlər, ali məktəblərə qəbul
imtahanlarında 600-dən yuxarı bal toplamış 18 nəfər məzun iştirak
edirdi. Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra
Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan xalqının ümummilli
lideri, müasir Azərbaycan dövlətinin yaradıcısı olan Heydər Əliyevin
respublikada təhsilin inkişafına, Azərbaycan məktəbinə, müəllimlərə
həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin
mühüm bir sahəsi hesab etdiyini vurğuladı. Bu gün Prezident İlham Əliyev
tərəfindən bu sahəyə verilən xüsusi qiymətin nəticəsi kimi
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”nı qeyd etdi. Bundan əlavə respublikamızın hər
yerində yeni tikilən, əsaslı təmir olunan ən müasir avadanlıqlarla
təchiz olunan təhsil ocaqlarını gələcəyimiz olan gənclərə dövlət
tərəfindən verilən dəyərin göstəricisi kimi səciyyələndirdi. Milli
Məclisin deputatı Ağalar Vəliyev öz nitqində təməli ulu öndər Heydər
Əliyev tərəfindən qoyulan və bu gün də uğurla davam etdirilən təhsil
strategiyası barədə danışdı. Daha sonra çıxış edən yeni
tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya
görə ölkə rəhbərliyinə, rayon İcra hakimiyyəti başçısına öz dərin
minnətdarlıqlarını bildirdilər. Tədbirdə ötən tədris ilində
Qaradağ rayonu üzrə orta məktəbi 1206 nəfərin bitirdiyini, ali
məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 944 abituriyentin
48 faizi, yəni 447 nəfəri tələbə adını qazandığı nəzərə çatdırıldı. Tədbirin
sonunda ali məktəblərə 600-dən çox bal toplamış 18 nəfərə Qaradağ rayon
İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və Milli Məclisin
deputatı Ağalar Vəliyev tərəfindən qiymətli hədiyyələr və pul
mükafatları təqdim olundu.Bundan əlavə ötən tədris ilinin yekunlarına görə rayonun Ələt qəsəbəsindəki 110 və Sahil qəsəbəsindəki 319 nömrəli tam orta məktəbləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "2012-2013-cü tədris ilində ilin ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi adına layiq görüldüyü qeyd edildi. | |
|
Всего комментариев: 0 | |