23:44 Lökbatanda toyda dava düşdü: xeyli yaralı var | |
Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimi qanlı sonluqla yekunlaşıb. Toyun sonlarına yaxın mərasimə gələn qonaqlar arasında yaranan mübahisə kütləvi davaya çevrilib. Hadisə zamanı bıçaqdan belə istifadə edən toy iştirakçıları bir-birilərinə kəsici alətlə zərbələr endiriblər. Dava-dalaşın sonunda bıçaq xəsarətləri alan 5-ə yaxın zərərçəkən isə təcili tibbi yardım avtomaşınları ilə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Yaralılara xəstəxananın həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib. Kütləvi davanın iştirakçılarından biri olan Əşrəf Allahverdiyev hadisənin baş verməsinin səbəblərini xatırlamasa da, dava zamanı ona yaxın şəxs tərəfindən döyüldüyünü bildirdi. "Toydan çıxmışdım, evə gedirdim. Xəbər gəldi ki, uşaqları döyürlər. Qayıtdım şadlıq evinə. Məni də saldılar araya. Kim döyüb, bilmirəm”. Artıq hadisə barədə Qaradağ Rayon Polis İdarəsi və 10-cu polis bölməsinin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Hadisə şahidləri və zərərçəkənlərin izahatları da alınıb. Kütləvi davanın baş vermə səbəbləri və zərərçəkənlərə xəsarət yetirən şəxslərin kimliyi isə polis idarəsində başlanan araşdırmalardan sonra bəlli olacaq. | |
|
Всего комментариев: 0 | |