Главная » 2012 » Март » 1 » Lökbatanda şadlıq sarayında qadın ölümcül döyüldü
17:47
Lökbatanda şadlıq sarayında qadın ölümcül döyüldü



Bakının Qaradağ rayonu ərazisindəki restoranda qadın ölümcül döyülüb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində yerləşən şadlıq saraylarından birində baş verib.

Şadlıq sarayında xadimə işləyən 45 yaşlı Sürəyya Babayeva təmizlik işləri aparakən tanımadığı qadının hücumuna məruz qalıb. Həmin qadın S.Babayevanı möhkəm döyərək paltarını oğurlamaqda ittiham edib. S.Babayeva ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib. Qadına kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsində araşdırma aparılır.

URL: http://www.milli.az/news/criminal/97556.html


Категория: Разное | Просмотров: 916 | Добавил: Xaliq | Теги: Lokbatan | Рейтинг: 4.0/1
Всего комментариев: 0
avatar
More info
contact
Email: vip@epage.ru Email: admin@windsoft.ru
A.Khalig

Google Maps Карта Локбатана