15:14 Lökbatanda maliyyə orqanının yeni inzibati binası istifadəyə verilib | |
"Son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, eyni zamanda, nazirliyin tabeliyində olan qurumların müstəqil inzibati binalarla təmin olunması istiqamətində ciddi işlər görülür". İyunun 14-də nazir Samir Şərifovun və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikaylovun iştirakı ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 5 saylı Xəzinədarlıq İdarəsinin də yeni inzibati binası istifadəyə verilib. Mərasim iştirakçıları əvvəlcə Qaradağ rayonu Lökbatan qəsəbəsində Heydər Əliyev adına parkda ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar. Açılış lenti kəsildikdən sonra mərasim iştirakçıları inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olublar. Qaradağ rayonu Lökbatan qəsəbəsi S.Orucov küçəsi, 20-də yerləşən ümumi sahəsi 580 kvadratmetr olan bu inzibati bina da ən müasir üslubda inşa edilib və lazımi avadanlıqlarla təmin edilib. Qeyd olunub ki, 5 saylı Xəzinədarlıq İdarəsi hazırda 60-a yaxın büdcə təşkilatına xidmət göstərir. Kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edən Şərifov əmin olduğunu bildirib ki, öz növbəsində, idarə əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcəklər. Milli.Az | |
|
Всего комментариев: 0 | |