Главная » 2016 » Июль » 31 » Lökbatan - Qobu yolu təmir ediləcək
08:18
Lökbatan - Qobu yolu təmir ediləcək

Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Lökbatan-Qobu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, 47 min əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Lökbatan-Qobu avtomobil yolunun tikintisi məqsədilə 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə bu Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Milli.Az

Категория: Карадаг | Просмотров: 973 | Добавил: Xaliq | Теги: qobu, QARADAĞ, Lokbatan | Рейтинг: 4.0/1
Всего комментариев: 0
avatar
More info
contact
Email: vip@epage.ru Email: admin@windsoft.ru
A.Khalig

Google Maps Карта Локбатана