Главная » 2012 » Сентябрь » 17 » Binə Ticarət Mərkəzində olay: 80 nəfər xəstəxanada!
18:44
Binə Ticarət Mərkəzində olay: 80 nəfər xəstəxanada!



Bu gün Binə Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib. Zəhərlənənlərin sayı 80 nəfərə çatıb. Bu barədə APA-ya Klinik Tibbi Mərkəzdən məlumat verilib.

Məlumata görə, hazırda 65 nəfər Klinik Tibbi Mərkəzə yerləşdirilib, daha 15 nəfər isə paytaxtın digər xəstəxanalarına sövq edilib.

Zəhərlənən şəxslərdən bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.

Hazırda hadisə yerində araşdırma aparan Qaradağ rayon prokurorluğunun müstəntiqi Akif Tağıyev APA-ya deyib ki, hadisə nəticəsində ölüm halı qeydə alınmayıb: "Çoxlu sayda zəhərlənən var, lakin ölüm faktı olması barədə məlumatlar həqiqətə uyğun deyil”.

Müstəntiq deyib ki, hazırda faktla bağlı araşdırma aparılır: "Araşdırmanın sonunda fakta hüquqi qiymət veriləcək”.

Artıq Respublika Baş Prokurorluğu Binə Ticarət Mərkəzində baş vermiş kütləvi zəhərlənmə faktına münasibət bildirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında qeyd edib ki, baş vermiş hadisə ilə bağlı, Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, ilkin ehtimala görə, zəhərlənmə elektrik enerjisinin kəsilməsi ilə bağlı ticarət mərkəzində quraşdırılmış generatorun texniki nasazlığı ucbatından baş verib.




Fikirlərinizi bildirməyi unutmayın.

Категория: Карадаг | Просмотров: 819 | Добавил: Xaliq | Теги: garadagh, baku, Sahil, Lokbatan | Рейтинг: 5.0/1
Всего комментариев: 0
avatar
More info
contact
Email: vip@epage.ru Email: admin@windsoft.ru
A.Khalig

Google Maps Карта Локбатана