Главная » 2016 » Январь » 31 » Bakıda yeni söküntü başlanır / В Баку более 400 домов пойдут под снос
08:03
Bakıda yeni söküntü başlanır / В Баку более 400 домов пойдут под снос

Nazirlər Kabineti Bakı şəhərinin Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərar verib.

Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən Binəqədi rayonu üzrə 1247 ailə yaşayan 49 çoxmənzilli yaşayış binasının, həmçinin Biləcəri bələdiyyəsi ərazisində yeraltı qaz sızması aşkar olunmuş zonadakı 166 fərdi yaşayış evinin və Qaradağ rayonunun Lökbatan, Sahil, Puta, Qızıldaş və Ələt qəsəbələrində XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 10 960 nəfər yaşayan 274 qamış və taxta yaşayış binalarının, habelə Binəqədi və Qaradağ rayonları ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməlidir.
 
Eyni zamanda rayon icra hakimiyyətləri mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb edəcəkləri kredit vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan, söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etməlidirlər.
 
Görülmüş işlər barədə ayda bir dəfə Nazirlər Kabinetinə məlumat verilməlidir. Bina və fərdi evlərin sökülməsi və tikintisinin icrasına  nəzarət tikinti və kommunal təsərrüfatı şöbəsinə və regionların inkişafı şöbəsinə tapşırılıb.

Milli.Az

В Баку более 400 домов пойдут под снос

Кабинет министров принял решение о дополнительных мерах в связи с ускорением социально-экономического развития Бинагадинского и Гарадагского районов Баку.

Исполнительные власти Бинагадинского и Гарадагского районов Баку, соблюдая требования гражданского, жилищного, градостроительного и строительного законодательств, в течение 5 лет должны обеспечить снос и реконструкцию 49 многоквартирных зданий, в которых проживают 1247 семей. По Бинагадинскому району, здания, которые не соответствуют общему виду города, находятся в аварийном состоянии и не отвечают градостроительным нормам, а также 166 частных домов в зоне утечки газа на территории муниципалитета Баладжары и построенных в конце 19 - начале 20 века в поселках Локбатан, Сахил, Пута, Гызылдаш и Алят Гарадагского района 274 камышовых и деревянных домов, в которых проживают 10960 человек и непригодных для проживания других зданий, социальных нежилых объектов на территориях Бинагадинского и Гарадагского районов.

В то же время Исполнительные власти районов должны обеспечить обновление жилфонда, выделение жителям квартир в новых зданиях, которые построят на месте снесенных за счет привлечения кредитных средств или личных средств строительных компаний с целью улучшения жилищно-бытовых условий.  

О проведенных работах раз в месяц нужно отчитываться перед Кабинетом министров. Контроль за сносом и постройкой зданий и частных домов поручен отделу строительного и коммунального хозяйства и отделу развития регионов. 

DAY.az

Категория: Баку | Просмотров: 1230 | Добавил: Xaliq | Теги: baku, Lokbatan | Рейтинг: 4.0/1
Всего комментариев: 0
avatar
More info
contact
Email: vip@epage.ru Email: admin@windsoft.ru
A.Khalig

Google Maps Карта Локбатана