Главная » 2013 » Август » 12 » Bacısını zorlamaq istəyən atalığını qətlə yetirən bacı
10:05
Bacısını zorlamaq istəyən atalığını qətlə yetirən bacı


5 uşağı olan Gülputa Abdilova 1994-cü ildən 2 uşaq atası olan Xanverdi Abulovla qeyri-rəsmi yaşamağa başlayıblar.
Gülputanın Lökbatan qəsəbəsindəki evində yaşamağa başlayan Xanverdinin yeni arvadından ilk tələbi uşaqlarının onlarla yaşamaması olub.

 
Ərinin tələbi ilə Gülputa övladları Əli, Musa və Fatmanı Sahil qəsəbəsindəki internata, böyük oğlu İsmayılı isə atasının yanına göndərib.  Böyük qızı Gülsüm isə anası ilə qalıb.

Həddi buluğa çatan Gülsüm ailə həyatı qurandan sonra evi tərk edib. Bu müddət ərzində Xanverdi ilə Gülputanın iki uşağı dünyaya gəlib.

İnternatda olan uşaqlar da tez-tez anasının yanına gələrək ona baş çəkiblər.

Gülputanın böyük qızı Gülsümün bir uşağı olandan sonra əri cinayət törətdiyi üçün həbsxanaya göndərilib.

Körpə uşağı ilə kimsəsiz qalan Gülsüm anasının yanında yaşamağa başlayıb.

İçki düşkünü olan Xanverdi əvvəl buna etiraz etsə də sonda arvadının qızının onlarla yaşamasına icazə verib.

Ögey qızının ərinin həbsxanada olduğunu bilən Xanverdi ona cinsi əlaqədə olmağı təklif edib. Qız da ögey atasının bu təklifini rədd edib. Anasının vəziyyətini nəzərə alaraq bu barədə ona heç nə deməyib.
 
İki gün sonra istirahət günü olduğundan Əli ilə Fatma analarının yanına gəliblər.  

8 nəfərin bir otağa yığışması Xanverdini əsəbləşdirib. Sərxoş olan Xanverdi evdə dava salaraq arvadı Gülputa ilə Gülsümü evdən çölə çıxarıb qapını isə arxadan bağlayıb.

Qışın günü bir qədər çöldə qalan ana ilə bala evə daxil olmaq istəyəndə qapının bağlı olduğunu və evdən Fatmanın səsinin gəldiyini eşidiblər.

Gülsüm qapını qırıb içəri daxil olanda atalığının Fatmanı zorlamaq istədiyini görüb. Gördüklərindən dəhşətə gələn Gülsüm çarpayının altında olan baltanı götürərək Xanverdiyə hücum edib.

Gülsüm atalığına zərbə endirərkən "bu sənə anama, bacılarıma və ailəmə verdiyin əzablara görədir, öl köpək oğlu” deyə qışqırıb. Xanverdi yerə yıxılandan sonra ailə üzvləri 10 il müddətində onlara işgəncə verən şəxsin meyiti ilə nə edəcəklərini fikirləşiblər.

Bu vaxt evin kiçik oğlu Əli qanlı baltanı əlinə alaraq polisə "onu mən öldürdüm” deyəcəm deyərək polisə yollanıb.

Polisə gələn Əli Abdilov evlərində atalığını balta ilə öldürdüyünü bildirib.

Şübhəli şəxs qismində saxlanılan Ə.Abdilov hadisə yerinə gətirilib ki, cinayəti necə törətdiyini göstərsin. Evə daxil olan Əli başından balta zərbələri alan meyiti görəndə ürəyi gedib.

Bu hal şübhələr yaratdığından ailə üzvləri ilə söhbətlər aparılıb. Nəticədə hadisənin mərhum Xanverdinin ögey qızı Gülsüm Abdilova tərəfindən törədilməsi müəyyənləşdirilib.

Qəsdən adam öldürmədə təqsirləndirilən G.Abdilovanın cinayət işi məhkəməyə göndərilib.

Məhkəmə ifadə verən Gülsüm atalığını onlara işgəncə verdiyi və 16 yaşlı bacısını zorlamaq istədiyi üçün qətlə yetirdiyini bildirib.

Bütün tərəfləri dinləyən məhkəmə qətlin G.Abdilova tərəfindən törədilməsini təsdiqləyib.

Çıxarılan hökmə əsasən G.Abdilova 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində olan cəzanın uşağının 8 yaşı olandan sonra çəkməsimi müəyyən edib. və G.Abdilova məhkəmə zalından sərbəst buraxılıb.



Категория: Пос. Локбатан | Просмотров: 781 | Добавил: Xaliq | Теги: QARADAĞ, baku, Lokbatan | Рейтинг: 5.0/1
Всего комментариев: 0
avatar
More info
contact
Email: vip@epage.ru Email: admin@windsoft.ru
A.Khalig

Google Maps Карта Локбатана