Главная » 2012 » Июнь » 16 » Azərbaycanın ən uzun körpüsü pullu olacaq
15:10
Azərbaycanın ən uzun körpüsü pullu olacaq



Nəqliyyat Nazirliyinin şöbə müdiri Sədrəddin Məmmədov APA-ya bildirib ki, artıq layihənin texniki-iqtisadi əsaslandırılması başa çatıb. Bu layihə Nəqliyyat Nazirliyi tərəfindən Nazirlər Kabinetinə göndərilib və hazırda müvafiq dövlət orqanları tərəfindən baxılır.

Hesablamalara görə, uzunluğu 17 km olacaq bu körpünün tikintisi təqribən 2 mlrd. dollara başa gələcək.

Amma S.Məmmədov bildirib ki, bu təkcə nəqliyyat deyil, həm də turizm layihəsi olacaq və burada şəhərin abadlaşdırılması elementləri də əksini tapacaq.

İlkin plana görə, layihənin həyata keçirilməsi qərara alınarsa, bunun üçün beynəlxalq konsorsium yaradılacaq, həmin konsorsium körpünün detallı layihəsi hazırlayıb təsdiq olunandan sonra onun tikintisini həyata keçirəcək. Tikinti başa çatandan sonra konsorsium onun idarəetməsi ilə məşğul olacaq:

«Həmin şirkət idarəetmə dövrü ərzində bura yatırdığı vəsaiti götürəndən sonra körpünün idarəetməsi Azərbaycan tərəfinə veriləcək». Şöbə müdiri təsdiqləyib ki, tikiləcəyi təqdirdə bu körpüdən istifadə pullu olacaq, amma burada gediş haqqının məbləğinin nə qədər olacağını indidən demək mümkün deyil. Amma elə səviyyədə olacaq ki, bundan hamı istifadə edə bilsin.

S.Məmmədovun sözlərinə görə, bu körpünün tikintisi nəqliyyatın hərəkətini dəfələrlə asanlaşdıracaq, həm şəhərdəki tıxac probleminin həllinə, həm də ekoloji vəziyyətə müsbət təsir edəcək. Belə ki, körpü istifadəyə veriləndən sonra avtomobillə Zığ dairəsindən Lökbatandakı ticarət mərkəzlərinə getmək üçün cəmi 6 dəqiqə vaxt lazım olacaq.

Qeyd edək ki, marşrut boyunca körpüdən kənara çıxışlar olmayacaq, əvəzində burada quraşdırılmış xüsusi liftlər vasitəsilə insanlar Xəzər dənizindəki bəzi adalara enə biləcəklər, oradan isə su taksiləri vasitəsilə gəzintiyə çıxa biləcəklər.



Проект строительства в Баку автомобильного моста над Каспийским морем уже готов.

Завотделом Министерства транспорта Садреддин Мамедов сообщил АПА, что ТЭО проекта уже завершено.

Министерством этот проект направлен в Кабмин и в настоящее он рассматривается соответствующими госструктурами. По подсчетам, строительство моста, длина которого составит 17 км, обойдется примерно в 2 млрд. долларов.

С.Мамедов отметил, что это будет не только транспортный, но и туристический проект. Здесь также найдут свое отражение элементы благоустройства города.

По предварительному плану, если решение о реализации проекта будет принято, то будет создан консорциум, который займется строительством моста после разработки и утверждения его деталей. По завершении строительства консорциум займется его управлением. Когда компания окупит все средства, вложенные в период управления, управление мостом будет передано азербайджанской стороне.

Завотделом подтвердил, что мост будет платным, но сейчас невозможно назвать точную стоимость проезда. Однако мостом смогут воспользоваться все.

По словам С.Мамедова, строительство этого моста намного облегчит движение транспорта, положительно повлияет как на решение проблем с пробками, так и на экологическую ситуацию. После сдачи моста в эксплуатацию путь от Зыхского круга до торговых центров в Локбатане займет 6 минут.

Отметим, что развилок за пределы моста не будет, посредством установленных здесь специальных лифтов люди смогут спуститься к некоторым островам на Каспии, откуда смогут выйти на прогулку на водных такси.


Категория: Баку | Просмотров: 1007 | Добавил: Xaliq | Теги: garadagh, baku, Lokbatan | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
More info
contact
Email: vip@epage.ru Email: admin@windsoft.ru
A.Khalig

Google Maps Карта Локбатана