Главная » 2012 » Июнь » 12 » Azərbaycan şəhidlərini son mənzilə yola saldı (Video)
09:27
Azərbaycan şəhidlərini son mənzilə yola saldı (Video)



Anspress xəbər verir ki, Qazaxın Əskipara kəndində Ermənistan ordusunun hücumunu dəf edərkən şəhid olan 5 hərbçinin cənazəsi ailələrinə təhvil verildikdən sonra son mənzilə yola salınıb. ANS telekanalının məlumatına görə. ötən gün Qazax rayonunda Ermənistan silahlı qüvvələrinin hərbçiləri ilə atışmada şəhid olan 5 hərbçinin hamısı dəfn olunub.

Şəhid, Milli Ordumuzun manqa komandiri 24 yaşlı Əliyev Amil Novruz oğlunun cənazəsi Bakıda, Lökbatan qəsəbəsində ailəsinə təhvil verilib. Amilin cənazəsi gecə saatlarında Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Şəhid əsgər Zülfüqar Ataşlının cənazəsi bu gün səhər saatlarında Cəlilabada gətirilib. Səhər saat 05 radələrində şəhid Zülfüqar Ataşlı dəfn olunub.

Digər şəhid Vahid Bağırovun cənazəsi də ötən gün Ağsu rayon Daşdəmirbəyli kəndinə gətirilib. Şəhid Ağsu şəhər Şəhidlər xiyabanında dəfn olunub.

Qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində həlak olan 5 Azərbaycan hərbçisindən biri milli ordumuzun əsgəri Xalid Əliyev də bu gün doğulduğu Şəki şəhərində torpağa tapşırıldı. Qeyd edək ki, Xalid Əliyev baş nahiyəsindən aldığı bir güllə yarasından həlak olub. Əsgər Xalid Əliyev Azərbaycan bayrağına bükülmüş halda dəfn olunub.

Qazax istiqamətində şəhid olan Elçin İsmayılov Yevlaxda ailəsinə təhvil verilib. Azərbaycan bayrağına bükülmüş cənazə gecə saatlarında rayondakı Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, Azərbaycan ordusunun 5 əsgəri qoşunların təmas xəttində Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelrimizdə Ermənistan ordusunun hücumunu dəf edərkən şəhid olublar. Allah rəhmət eləsin!






Allah bütün şəhidlərimizə Rəhmət eləsin! Amin!

Категория: Пос. Локбатан | Просмотров: 821 | Добавил: Xaliq | Теги: karabakh, azerbaijan, baku, Lokbatan | Рейтинг: 4.0/1
Всего комментариев: 0
avatar
More info
contact
Email: vip@epage.ru Email: admin@windsoft.ru
A.Khalig

Google Maps Карта Локбатана