Главная » 2010 » Июль » 20 » ARDNŞ Lökbatanda yeni yaşayış kompleksi inşa edəcək
12:00
ARDNŞ Lökbatanda yeni yaşayış kompleksi inşa edəcək

ARDNŞ Qaradağ rayonu Lökbatan qəsəbəsində əhalisi əsasən neftçilərdən ibarət olan S.Orucov küçəsində müasir tipli yaşayış kompleksi inşa edəcək. ARDNŞ-dan  verilən məlumata görə, beşmərtəbəli 22 binadan ibarət yaşayış kompleksi 213 ailənin yaşadığı 19 köhnə binanın sökülməsi və ərazinin təmizlənməsindən sonra 3,5 hektarlıq sahədə tikiləcək. Burada 2 su ambarı, nasos stansiyaları, qazanxana, 2 elektrik yarımstansiyası, drenaj, kanalizasiya və qaz xətləri də inşa ediləcək.

Bundan başqa, yaxın günlərdə 4-bloklu 40 mənzilli, təkbloklu 10 mənzilli və 2-bloklu 20 mənzilli 3 yeni beşmərtəbəli bina istifadəyə veriləcək. Bir neçə il əvvəl əsası qoyulmuş, sonradan isə inşası dayandırılmış bu binalar yalnız bu il tikilib başa çatdırılıb. Ümumilikdə, 70 yeni mənzil sahiblərinə təqdim ediləcək.

Qeyd edək ki, ARDNŞ prezident tərəfindən imzalanmış sərəncama əsasən, Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində öz vəsaiti hesabına beynəlxalq standartlara cavab verən müasir məktəblər inşa edir. Şirkətin planlarına bölgələrdə 14 müalicə-diaqnostika mərkəzinin, olimpiya idman komplekslərinin, su və qaz kəmərlərinin, yol və körpülərin, qazanxanaların tikintisi daxildir.
Категория: Пос. Локбатан | Просмотров: 2138 | Добавил: Xaliq | Рейтинг: 4.5/2
Всего комментариев: 0
avatar
More info
contact
Email: vip@epage.ru Email: admin@windsoft.ru
A.Khalig

Google Maps Карта Локбатана