Главная » 2013 » Декабрь » 30 » DYP-dən Şamaxı yolundakı dəhşətli qəza ilə bağlı ittihamlara cavab
18:16
DYP-dən Şamaxı yolundakı dəhşətli qəza ilə bağlı ittihamlara cavab
Ötən gecə bir qrup şəxs Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisində yolu bağlayaraq aksiya keçirib. Aksiya iştirakçıları Dövlət Yol Polisinin Müşfiqabad qəsəbəsi ərazisindəki postuna toplaşaraq nəqliyyatın hərəkətinə və postda xidmət aparan yol polisinin fəaliyyətinə mane olmağa cəhd göstəriblər. Aksiya keçirən şəxslər dekabrın 28-də Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində keçən hissəsində baş verən dəhşətli qəzada ölənlərdən üçünün yaxınları olub. Onların iddiasına görə, Nurlan Qasımovun idarə etdiyi avtomobili qəzadan bir qədər əvvəl yol polisinin əməkdaşları saxlayıblar və mübahisə yaranıb. Mübahisə zamanı Nurlan Qasımov avtomobilinə əyləşərək, ərazidən uzaqlaşmağa çalışıb. Lakin yaxınları bildirirlər ki, yol polisi əməkdaşları həmin maşını təqib ediblər və avtomobili sürətlə idarə edən Nurlan Qasımov ağır qəza törədib.   Hadisə yerinə polis qüvvələri cəlb edilib. APA TV-nin xəbərinə görə, Abşeron Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov aksiya iştirakçıları ilə danışıq aparıb və onlardan nəqliyyatın hərəkətinə mane olmamağı xahiş edib. Namiq İsmayılov mərhum Nurlan Qasımovun anasına bu gün səhər şikayətçilərin əlaqədar vəzifəli şəxslər tərəfindən qəbul ediləcəyini bildirib.   Dekabrın 28-də Qobustan rayonu Cəngi qəsəbəsinin ərazisində Bakı şəhər sakini Nurlan Qasımov və Ağsu rayon sakini İnqilab Hacıəliyevin idarə etdikləri "VAZ-2107” markalı avtomobillər toqquşub. Nurlan  Qasımov və sərnişinləri - Bakı şəhər sakinləri Güloğlan Əliyev, Əfran Bəndiyev hadisə yerində, digər avtomobilin sürücüsü İnqilab  Hacıəliyev və sərnişinləri - Ağsu rayon sakinləri Tutu Nuriyeva, Səməndər Xəlilov, Valeh Mədətov və Gülşən Nuriyeva isə xəstəxanada dünyalarını dəyişiblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Категория: Проблемы И вопросы | Просмотров: 817 | Добавил: Xaliq | Теги: baku | Рейтинг: 5.0/2
Всего комментариев: 0
avatar
More info
contact
Email: vip@epage.ru Email: admin@windsoft.ru
A.Khalig

Google Maps Карта Локбатана